AUTOTEXNİKA · TEXNİKA İCARƏSİ · AUTOTEXNİKA · TEXNİKA İCARƏSİ · 
Tikinti texnikaları · Yükdaşıma

Sənayenin güvəndiyi texnika icarəsi

Yanacaq daşınması, yükləmə xidmətləri və təhlükəsiz yüklərin lisenziyalı daşınmasını bir mərkəzdən təmin edirik.

0+il təcrübə
0+avadanlıq
0xidmət növü
Yük maşını
JCB 540-170
Lisenziyalı daşımaFHN sənədləri mövcuddur
50+ texnikaJCB · XCMG · Mercedes
AzerGoldAzerbaijan International Mining CompanyArchiCOAzerBlastKOLİN
Autotexnika yük maşını
0+il təcrübə
0+avadanlıq
Haqqımızda

Etibarlı texnika icarəsi və yükdaşıma xidmətlərində lider həllər

Şirkətimiz ağır texnika icarəsi və peşəkar yükdaşıma xidmətləri üzrə ixtisaslaşmışdır. Yanacaq, təhlükəli yüklər, yükləmə işləri və teleskopik yükləyici xidmətlərini yüksək təhlükəsizlik standartları ilə təqdim edirik. Təcrübəli komandamız hər bir layihədə operativlik, düzgün planlama və etibarlılıq prinsipinə sadiqdir. Məqsədimiz müştərilərimizə sənaye səviyyəsində güvənilən, keyfiyyətli və davamlı həllər təqdim etməkdir.

Vizyonumuz

Bizim vizyonumuz texnika icarəsi və yükdaşıma sektorunda innovativ, təhlükəsiz və etibarlı xidmətləri ilə regionun ən çox seçilən şirkətlərindən birinə çevrilməkdir.

Missiyamız

Missiyamız müştərilərimizə təhlükəsizlik standartlarına uyğun, operativ və lisenziyalı xidmətlər təqdim edərək iş yükünü asanlaşdırmaqdır.

Bizimlə əlaqə
Xidmətlərimiz

Peşəkar texnika, yükdaşıma və tikinti xidmətlərimiz

Hər bir layihədə təhlükəsizlik, dəqiqlik və keyfiyyətə önəm veririk.

01

Yanacaq daşınması

Yanacağın təhlükəsiz və standartlara uyğun şəkildə təyin olunan ünvana çatdırılmasını təmin edirik. Xüsusi avtoparkımız və təcrübəli sürücülərimiz sayəsində proses operativ və risklər minimum səviyyədə həyata keçirilir. Daşınma zamanı bütün təhlükəsizlik qaydalarına tam riayət olunur.

02

Yükləmə işləri

Yüklərin təhlükəsiz şəkildə qaldırılması, yerdəyişməsi və boşaldılması üzrə peşəkar yükləmə xidmətləri təqdim edirik. Müasir texnika və təcrübəli operatorlar sayəsində yükləmə prosesi sürətli və dəqiq şəkildə həyata keçirilir. Məqsədimiz hər layihədə maksimum təhlükəsizlik və səmərəliliyi təmin etməkdir.

03

Teleskopik yükləyici xidməti

Teleskopik yükləyicilərimiz müxtəlif sahələrdə yüksək hündürlüyə və çətin nöqtələrə çatma imkanı ilə effektiv həllər təqdim edir. Təcrübəli operatorlarımızla birlikdə geniş tətbiq sahələri üzrə təhlükəsiz və dəqiq iş icrası təmin olunur. Bu xidmət, tikinti, sənaye və anbar sahələrində ideal nəticə yaradır.

04

Manipulyator ilə yüklərin daşınması

Manipulyator kranlı maşınlarımızla ağır və həcimli yüklərin asanlıqla qaldırılması və daşınmasını həyata keçiririk. Bu xidmət həm vaxt itkisini azaldır, həm də daha təhlükəsiz daşınma imkanı yaradır. Müxtəlif ölçülü və çətin yüklər üçün optimal həllər təmin edirik.

Lisenziyalı
05

Təhlükəli yüklərin daşınması

Şirkətimiz təhlükəli yüklərin daşınması üçün rəsmi lisenziyaya malikdir və beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğun xidmət göstərir. Xüsusi təlim keçmiş heyətimiz və standartlara uyğun avtoparkımızla təhlükəli maddələrin daşınması maksimum təhlükəsizliklə aparılır.

06

Tikinti xidməti

Tikinti sahəsində peşəkar komanda və müasir texnika ilə müxtəlif miqyaslı layihələri yüksək keyfiyyətlə həyata keçiririk. Tikinti prosesinin hər mərhələsində təhlükəsizlik, dəqiqlik və standartlara uyğunluq əsas prioritetimizdir. Müştərilərimizin tələblərinə uyğun olaraq davamlı və etibarlı tikinti həlləri təqdim edirik.

Lisenziyalı
07

Partlayıcı maddələrin daşınması

Şirkətimiz təhlükəli yüklərin daşınması üçün rəsmi lisenziyaya malikdir və beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğun xidmət göstərir. Xüsusi təlim keçmiş heyətimiz və standartlara uyğun avtoparkımızla təhlükəli maddələrin daşınması maksimum təhlükəsizliklə aparılır.

Yanacaq daşınması, yükləmə işləri, teleskopik yükləyici və manipulyator xidmətləri, təhlükəli yüklərin lisenziyalı daşınması, eləcə də tikinti və təmir xidmətləri ilə müxtəlif sahələr üçün tam və etibarlı həllər təqdim edirik.

Avadanlıqlarımız

Peşəkar texnika icarəsi və yükdaşıma həlləri

Şirkətimiz ağır texnika icarəsi və peşəkar yükdaşıma xidmətləri üzrə ixtisaslaşmışdır. Avtoparkımızda JCB 540-170, JCB 540-140, JCB 225 kimi yüksək performanslı teleskopik və yükləyici texnikalar, eləcə də Mercedes Axor 2533 manipulyatorlu yük maşını mövcuddur.

Bundan əlavə, yanacaq daşınması və səyyar paylama üçün xüsusi çənlə təchiz olunmuş yanacaq maşınlarımız təhlükəsizlik standartlarına tam uyğun şəkildə fəaliyyət göstərir. Məqsədimiz hər bir layihədə operativlik, etibarlılıq və təhlükəsizliyi təmin edərək müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməkdir.

JCBXCMGMercedes-Benz AxorHowoLiuGong
Yük maşını
JCB 540-170

JCB 540-170

Teleskopik yükləyici
JCB 540-140

JCB 540-140

Teleskopik yükləyici
JCB 225

JCB 225

Mini yükləyici
Kran-manipulyator

Kran-manipulyator

Yük daşıma və qaldırma
XCMG

XCMG

Avtokran
Mercedes-Benz Axor 1840

Mercedes-Benz Axor 1840

Manipulyatorlu yük maşını
Yanacaq paylama

Yanacaq paylama

Səyyar paylama
Yanacaq daşıma

Yanacaq daşıma

Yanacaq çəni
Mercedes Axor kran-manipulyator

Mercedes Axor kran-manipulyator

Manipulyatorlu yük maşını
Yanacaq maşını Howo 6×4

Yanacaq maşını "Howo 6×4"

Yanacaq texnikası
Yükləyici

Yükləyici

Frontal yükləyici
Ekskavator yükləyici

Ekskavator yükləyici

Bekhou yükləyici
Avtosəbət

Avtosəbət

Hündürlükdə iş

Fövqəladə Hallar Nazirliyindən müvafiq sənədlər mövcuddur.

Təhlükəli və partlayıcı yüklərin daşınması rəsmi lisenziya əsasında aparılır.

Əlaqə

Bizimlə əlaqə saxlayın

Suallarınız və ya xidmətlərimizlə bağlı sorğular üçün bizə yazın. Təcrübəli komandamız sizə tez və dəqiq cavab verəcək.

Əlaqə vasitələri